Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hindistan müdafiə naziri: ““Sindoor” əməliyyatı zamanı “BrahMos” raketləri möcüzə göstərdi”
“Ən azı 14 ölkə Rusiya-Hindistan müəssisəsində istehsal olunan səsdən sürətli “BrahMos” qanadlı raketini almaqda maraqlı olduğunu bildirib”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri iyulun 14-də Hindistanın müdafiə naziri Racnat Sinq deyib.
Onun sözlərinə görə, “Sindoor” əməliyyatından sonra raketə maraq artıb.
“"Sindoor” əməliyyatı zamanı “BrahMos” raketləri möcüzə göstərdi. İndi təxminən 14-15 ölkə bu raketə sahib olmaq istəyir", - “Hindustan Times” qəzeti nazirin sözlərini yayımlayıb.