“Braqa” “Srvena Zvezda”ya qalib gəlib VİDEO

23.10.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA Avropa Liqasının ümumi mərhələsinin üçüncü turunda “Braqa” – “Srvena Zvezda” ilə oynayıb.

İdman.Biz bildirir ki, Portuqaliya klubu 2:0 hesabı ilə qalib gəlib.

22-ci dəqiqədə Fran Navarro hesabı açıb, 72-ci dəqiqədə isə Mario Dorgeles fərqini iki topa çatdırıb.

Bu oyundan sonra “Braqa” 9 xalla Avropa Liqasının turnir cədvəlinə başçılıq edir, “Srvena Zvezda” isə bir xalla turnir cədvəlinin sonlarında qərarlaşıb.

Növbəti turda "Braqa" noyabrın 6-da “Genk”i qəbul edəcək, “Srvena Zvezda” isə həmin gün doğma meydanda “Lill”lə qarşılaşacaq.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью