“Braqa”ya, “Bayer”ə qollar vuran futbolçuların səviyyə problemi ola bilməz” İdmanXəbər | I…
Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Bu mövsüm “Qarabağ”ın Avropa Liqasındakı oyunlarına nəzər salsaq, komandanın rəqiblərindən daha üstün oynadığını görərik.
Sadəcə imkanlardan istifadə edə bilməmək çətinlik yaratdı. Bunun da səbəblərindən biri yerli oyunçuların həddindən artıq yüklənməsidi.
Çünki onlar həm çempionatda, həm millidə, həm də avrokuboklarda mübarizə aparırlar.
Zədəli futbolçuların olması da komandanın çıxışına təsir edir”.
Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin sabiq baş məşqçisi Zaur Həşimov “Qarabağ”ın “Elfsborq” məğlubiyyəti və cari mövsüm avrokuboklardakı çıxışı barədə danışarkən deyib.
O, daha sonra belə davam edib: “Vacib amil odur ki, “Qarabağ” bütün rəqiblərə qarşı qol epizodları yarada bilir.
Amma bundan istifadə etmək lazımdı. Məncə, bu səviyyəyə görə deyil. Çünki hücum xətti ötən mövsüm çıxış edən futbolçulardı.
Tam oxu
Xəbəri oxu