Bratislavada 1 gümüş, 1 bürünc medal

18.08.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 Dünya çempionatı davam edir.

İkinci yarış günündə yunan-Roma güləşində ilk medalçılar müəyyənləşib.

Tural Əhmədov (63 kq) təsəlliverici görüşdə finlandiyalı Matias Arpiaynenə heç bir şans tanımayıb – 8:0. Axşam seansında ekvadorlu Klizman Velisi minimal fərqlə (2:1) üstələyən Tural dünya üçüncüsü olub.

Cavidan Nehmətov (77 kq) isə finalda ermənistanlı Samvel Terteryanla qarşılaşıb. Rəqibinə ilk xal prinsipinə əsasən (1:1) məğlub olan Cavidan gümüş medalı boynundan asıb.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью