Braun ilk dəfə Gerasimovla danışdı

05.12.2024

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya və ABŞ Baş Qərargah rəisləri Valeri Gerasimov və Çarlz Braun arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bunu Braunun sözçüsü kapitan Cey Di Dorsi deyib.

“ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braun noyabrın 27-də Rusiya Müdafiə Nazirliyinin sorğusundan sonra Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla telefonla danışıb”, - o bildirib.

Di Dorsinin sözlərinə görə, bu, Braunun ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri təyin edildikdən sonra iki ölkənin hərbi liderləri arasında ilk təmas olub:

“Tərəflər bir sıra qlobal və regional təhlükəsizlik məsələlərini, o cümlədən Ukraynada davam edən münaqişəni müzakirə ediblər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью