Braun xəbərdarlıq etdi: Gələn qış Ukrayna üçün...

29.08.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gələn qış Ukrayna üçün Rusiyanın tammiqyaslı işğalından bəri ən sərt qış ola bilər.

Axar.az "İndependent" qəzetinə istinadən xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri Qordon Braun deyib.

Braun bildirib ki, müttəfiqlər ABŞ Prezidenti Donald Trampa Ukraynaya yardımla bağlı daha aktiv tədbirlər görmək üçün təzyiq göstərməlidirlər.

Onun sözlərinə görə, Vaşinqton Ukraynaya Rusiya hücumlarından müdafiə olunmaq üçün "Patriot" raketləri istehsal etməyə icazə verməlidir.

"Ukraynadakı bu müharibədə çox kritik mərhələdəyik... Putin başa düşüb ki, o, yaşayış məntəqələrinə və infrastrukturuna zərbə endirə, elektrik enerjisini kəsə və Amerika lazımi raketləri təmin etmədiyi üçün aşkarlana bilməyən raketləri və bombaları ilə Ukraynanın enerji təchizatını poza bilər", - deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью