Brayan Faryanyas Barselona da ilk oyununa çıxıb

01.11.2026

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

La Liqanın 11-ci turu çərçivəsində baş tutan "Barselona" - "Alaves" matçı 20 yaşlı Brayan Faryanyas üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, müdafiəçi "Barselona"ın əsas komandasında ilk oyununu keçirib. 

faryanyasın əsas mövqeyi mərkəz yarımmüdafiəçisi olsa da, bu matçda o, sağ cinah müdafiəçisi kimi çıxış edib.

Qeyd edək ki, bundan əvvəl müdafiəçi "Barselona B" komandasında oynayıb (42 oyun, 5 qol, 8 məhsuldar ötürmə). O, həmçinin UEFA Gənclər Liqasında "Barselona"nın U-19 komandasının heyətində 15 oyuna çıxıb (1 məhsuldar ötürmə).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью