Brayton un baş məşqçisi Premyer Liqada hamını qabaqladı

02.10.2026

Icma.az bildirir, Sportal.az portalına istinadən.

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Brayton"u çalışdıran Fabian Hurzeler ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı mütəxəssisin komanda sentyabrda İngiltərə çempionatında keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib. "Qağayılar" "Arsenal"a 3:0, "Koventri"yə 5:0 hesabı ilə qalib gəlib, "Lids Yunayted"lə matç isə bərabərliklə yekunlaşıb - 1:1.

Qeyd edək ki, "Brayton" Premyer Liqada 5 turdan sonra 10 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью