“Brayton”dan altırəqəmli transfer

06.08.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Brayton” klubu “Mançester Yunayted”dən Gebbi Corcu transfer edib. Qadınlar Super Liqası təmsilçisi bu keçid üçün qarşı tərəfə altırəqəmli məbləğdə ödəyib.

Futbolpress.az xəbər verir ki, 2023-cü ildən “qırmızı şeytanlar”ın heyətində çıxış edən və bütün turnirlərdə 54 matça çıxan 29 yaşlı müdafiəçi daha çox oyun şansı qazanmaq məqsədilə komandadan ayrılmaq qərarına gəlib.

Mançester təmsilçisi ilə müqaviləsinin başa çatmasına 1 il qalmış komandanı tərk edən futbolçunun “Brayton”la imzaladığı sözləşmənin müddəti barədə məlumat verilməyib.

Corc “Yunayted”dəki karyerası ərzində 2024-cü ildə İngiltərə Kubokunun qalibi olub və komandanın tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanmasında mühüm rol oynayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью