futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Roma” yeni mövsümün hazırlıqları çərçivəsində keçirdiyi yoxlama oyununda “Brayton”a darmadağın olub (0:3).
Futbolpress.az xəbər verir ki, İngiltərədə baş tutan matçda meydan sahiblərinin qollarını Jorjinyo Rütter və dubl edən Yasin Ayari vurublar.
İtaliya klubu növbəti sınaq matçını avqustun 15-də “Borussiya”ya (Dortmund) qarşı keçirəcək. “Brayton” isə avqustun 23-də Premyer Liqanın I turunda “Aston Villa”nı qəbul edəcək.