Braytonun futbolçusu Türkiyə millisindən kənarlaşdırıldı

12.11.2024

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə milli komandasının heyətində dəyişiklik edilib.

Sportal.az xəbər verir ki, "Brayton"un müdafiəçisi Ferdi Kadıoğlu zədə səbəbindən yığmanın düşərgəsindən kənarlaşdırılıb. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

Ferdinin əvəzinə Frayburq"dan Eren Dinkci və "Kasımpaşa"dan Türkiyə U-21 millisinin üzvü Yasin Özcan yığmaya cəlb olunublar.

Qeyd edək ki, Türkiyə seçməsi UEFA Millətlər Liqası çərçivəsində Uels və Monteneqro milliləri ilə qarşılaşacaq.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью