Braziliya ABŞ ın səfirin vizasını ləğv etməsini düşmənçilik addımı adlandırdı

05.08.2026

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Braziliya Prezidenti Luiz İnasiu Lula da Silvanın administrasiyası ABŞ-ın Vaşinqtondakı Braziliya səfiri Mariya Luiza Ribeiru Viottinin vizasını ləğv etməsi qərarını kəskin pisləyib.

Bizimyol.info xəbər verir ki, Prezident administrasiyasının yaydığı bəyanatda bildirilir ki, bu qərar ABŞ-ın Braziliyaya qarşı atdığı növbəti düşmənçilik addımıdır və qarşılıqlı hörmətə əsaslanan ikitərəfli tərəfdaşlıq prinsipləri ilə uzlaşmayan ideoloji motivlərdən qaynaqlanır.

Bəyanatda həmçinin vurğulanıb ki, Vaşinqtonun səfirin vizasının ləğvi ilə bağlı irəli sürdüyü əsaslandırmalar həqiqəti əks etdirmir. Braziliya hakimiyyəti Ağ evi ölkənin daxili siyasi proseslərinə təsir göstərməyə cəhd göstərməkdə də ittiham edib.

“ABŞ-ın Braziliyada keçiriləcək növbəti prezident seçkilərinə müdaxilə etmək niyyəti artıq tam aydın görünür”, – deyə sənəddə qeyd olunub.

ABŞ administrasiyasının bu addımı Braziliya hakimiyyətinin ABŞ-ın Braziliyaya yeni səfiri təyin olunan Daniel Peresə aqreman verməsini gecikdirməsinə cavab olaraq atılıb.

ABŞ Dövlət Departamenti bildirib ki, Braziliya hökuməti yeni ABŞ səfirinə aqreman təqdim edəcəyi təqdirdə, Braziliya səfirinin vizası bərpa oluna bilər. Daniel Peresin namizədliyi ABŞ administrasiyası tərəfindən iyunun 1-də irəli sürülüb.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью