Braziliya Ançelottiyə uğurlu gəldi

15.05.2025

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Real Madrid”dən ayrılacaq Karlo Ançelotti Braziliya ilə imzalayacağı müqavilə ilə ilin ən çox qazanan baş məşqçisi olacaq.

Metbuat.az xəbər verir ki, Braziliya Karlo Ançelottinin milliyə rəhbərlik edəcəyini açıqlayıb. “The Telegraph”ın məlumatına görə, Ançelotti Cənubi Amerika ölkəsində ildə 8 milyon funt-sterlinq qazanacaq. Bu da onu dünyada ən çox maaş alan milli komandanın baş məşqçisi edəcək.

Qeyd edək ki, Braziliya dünya çempionatının seçmə mərhələsində lider Argentinadan 10 xal geridə qalıb və dördüncü yerdə qərarlaşıb. "Real Madrid"də Karlo Ançelottini Xabi Alonsonun əvəzləyəcəyi deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью