Braziliya BRICS tərəfdaş ölkələrinin siyahısı açıqlayacaq

26.12.2024

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İcma tərəfdaşı kimi BRİCS-ə qoşulacaq ölkələrin tam siyahısı yaxın həftələrdə dərc olunacaq". 

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bunu Braziliya Xarici İşlər Nazirliyinin Asiya-Sakit Okean regionu üzrə katibi Eduardo Saboya deyib.

Onun sözlərinə görə, Braziliyanın 2025-ci ildə BRİCS-ə sədrliyinin prioritetlərindən biri bu ölkələrin özlərini BRICS ailəsinin üzvləri kimi hiss etməsi olacaq:

"BRICS tərəfdaşları xarici işlər nazirlərinin görüşlərində iştirak edəcəklər. Tərəfdaş ölkələrin üzvlüklə bağlı elanı yaxın həftələrdə veriləcək. BRİKS ölkələrinin BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayını artırmaq istəyi icmanın daha da genişlənməsini şərtləndirir. Braziliya hakimiyyəti bu qərarı dəstəkləyəcək. Əgər biz BMT Təhlükəsizlik Şurasının islahatını və genişləndirilməsinin tərəfdarıyıqsa, o zaman BRİKS-i genişləndirməyimiz məntiqlidir".

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью