Braziliya: BYD fabrikinin inşaat işçiləri insan alverinin qurbanıdır

27.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Braziliya hakimiyyəti dekabrın 26-da Çinin elektrik avtomobil istehsalçısı BYD-nin ölkədəki fabrikinin tikintisində çalışan çinli işçilərin insan alverinin qurbanı olduğunu açıqlayıb.

Avtosfer.az index.az-a istinadən xəbər verir ki, Braziliya dekabrın 25-də fabrikin tikintisini dayandırıb və BYD işçilərinin “quldarlığa” bənzər şəraitdə yaşadıqlarını bildirib.

Dövlət Əmək Prokurorluğunun (MPT) verdiyi açıqlamaya görə, Braziliyanın şimal-şərqindəki Bahia əyalətində 160-dan çox işçi xilas edilib.

İddialara görə, fəhlələrin pasportları və maaşları tikinti şirkəti tərəfindən saxlanılıb.

BYD öz bəyanatında sözügedən şirkətlə əlaqələri kəsdiyini və Braziliya qanunvericiliyinə tam uyğunluğu öhdəsinə götürdüyünü bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью