Braziliya Çin vətəndaşları üçün vizanı ləğv edir

24.01.2026

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkəsinin Çin vətəndaşlarını müəyyən kateqoriyalı qısamüddətli səfərlər üçün viza tələbindən azad edəcək.

AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, qərar Braziliya və Çin arasında əməkdaşlığın dərinləşdirilməsi, insanlar arasında mübadiləni daha da asanlaşdırmaq və ikitərəfli qarşılıqlı əlaqəni təşviq etmək məqsədi ilə qəbul edilib. Biznes, turizm, akademik mübadilə, ailə üzvlərini ziyarət məqsədi ilə səyahət edən Çin vətəndaşları 30 günədək Braziliyada qala biləcək.

Braziliya hökuməti bildirib ki, vizasız siyasətin konkret tətbiq tarixi daha sonra açıqlanacaq.

Çin ötən ildən Braziliya vətəndaşları üçün vizasız rejim tətbiq edir.

Qeyd edək ki, ötən il təxminən 100 min çinli turist Braziliyaya səyahət edib. Braziliyanın Çinin getmə turizm bazarında payı 0,05 faiz təşkil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью