Braziliya: Dövlət çevrilişinə cəhddə keçmiş prezidentin əli var DETALLAR

27.11.2024

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Braziliya Federal Polisi keçmiş prezident Jair Bolsonaronun prezident Luiz İnasio Lula da Silva hökumətinə qarşı çevriliş cəhdində əli olduğunu iddia edib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Braziliya Ali Məhkəməsi Federal Polisin çevriliş planı ilə bağlı hesabatını ictimaiyyətə təqdim edib.

Hesabatda qeyd olunub ki, istintaq boyu toplanan sübutlar keçmiş prezident Bolsonaronun prezident Lula da Silva hökumətini hakimiyyətdən uzaqlaşdırmaq üçün çevriliş planında iştirak etdiyini göstərir.

Xəbərdə Bolsonaronun çevriliş planında fəal iştirak etdiyi vurğulanıb və ordunun müqaviməti səbəbindən çevrilişin həyata keçirilə bilməyəcəyi bildirilib.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью