Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Braziliya futbolunda belə dava olmayıb - Video
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Braziliyada Mineyro əyalət kubokunun final matçı xoşagəlməz sonluqla bitib.
QOL.az xəbər verir ki, "Kruzeyro" - "Atletiko Mineyro" arasında keçirilən matç əsas vaxtına əlavə edilmiş sonuncu dəqiqədə komandalar arasında dava düşüb.
Davanın aktiv iştirakçılarından biri qonaqların ulduz futbolçusu Halk olub.
Görüşün baş hakimi oyunda 23 nəfərə qırmızı vərəqə göstərib. Bu da Braziliya futbolu tarixində qırmızı vərəqələrin sayına görə yeni rekorddur.
Qeyd edək ki, davaya baxmayaraq, baş hakim oyunun bitdiyini elan edib və "Kruzeyro" 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qolunu Kaio Xorxe vuraraq komandasına 7 ildən sonra kubok qazandırıb.