Braziliya G20 sammitini qorumaq üçün 9 min əsgər cəlb edəcək

13.11.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Braziliya noyabrın 18-19-da Rio-de-Janeyroda keçiriləcək G20 sammitində təhlükəsizliyi təmin etmək üçün 9 min hərbçi cəlb edəcək.

Oxu.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Məlumata görə, hərbçilər dəniz və daxili sulara, limanlara, hava məkanına, hava limanlarının təhlükəsizliyinə və kibertəhlükəsizliyə nəzarət edəcəklər. Prezident Luis İnasiu Lula da Silva müvafiq fərman imzalayıb.

Qeyd edək ki, Braziliya 2023-cü il dekabrın 1-də G20-yə sədrliyi öz öhdəsinə götürüb. Yekun sammit 18-19 noyabrda Rio-de-Janeyroda baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью