Braziliya ilə təhsillə bağlı saziş təsdiqləndi

15.10.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci il sentyabrın 1-də Brazilia şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Saziş qüvvəyə mindikdən sonra Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Hökumətinə bildiriş göndərməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью