Braziliya İrandan gübrə idxalını artıracaq

13.11.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Braziliya İranla əməkdaşlığı gücləndirmək və gübrə idxalını artırmaq niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Braziliya Prezidenti Luis İnasio Lula da Silva "X" hesabında yazıb.

O, Antalyada keçirilən COP31 iqlim konfransı çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşdən sonra  bildirib ki, 2025-ci ildə iki ölkə arasında ticarət 3 milyard dollara çatıb.

Silva Braziliyanın İrandan gübrə idxalını artırmaqda maraqlı olduğunu açıqlayıb.

Braziliya Prezidenti həmçinin ABŞ ilə İran arasındakı gərginliyin sülh yolu ilə həllinə ümid etdiyini bildirib və İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu xatırladıb.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью