Braziliya istixana qazı emissiyasını 67 % AZALDACAQ

12.11.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Braziliya 2035-ci ilə qədər istixana qazı emissiyasını 2005-ci illə müqayisədə 67 % azaltmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bunu noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) kuluarlarında jurnalistlərə açıqlamasında Braziliyanın vitse-prezidenti Jeraldu Alkmin bildirib.

O qeyd edib ki, Braziliyanın İkinci Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsi (NDC) ölkənin 2035-ci ilə qədər istixana qazı emissiyasını 2005-ci illə müqayisədə 59-67 % azaltmaq öhdəliyini nəzərdə tutur: "Yeni hədəfə nail olmaq üçün 2035-ci ildə emissiyanı 850 milyon tondan 1,05 milyard tona qədər azaltmaq lazımdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью