Braziliya klubu Neymarın transferini açıqlayıb

31.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 31 yanvar, AZƏRTAC

Braziliyanın "Santos" komandası Neymarın transferini açıqlayıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Bununla da ulduz futbolçu 12 illik fasilədən sonra keçmiş klubuna qayıdıb.

Qeyd edək ki, "Santos"un yetirməsi olan Neymar İspaniyada "Barselona"nın, Fransada PSJ-nin formasını geyinib. O, son olaraq Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasında çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью