Braziliya klubu Paulo Dibalaya təklif göndərəcək

20.10.2025

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Flamenqo "Roma"nın hücumçusu Paulo Dibala ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur x sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin məlumatına görə, Braziliya klubu artıq 31 yaşlı argentinalı üçün təklif hazırlamağa başlayıb.

Qeyd edək ki, Dibalanın romalılarla müqaviləsi 2026-cı ilin yayında başa çatır. O, 2025/26 mövsümündə A Seriyasında 5 matçda meydana çıxıb. "Transfermarkt" portalı onun transfer dəyərini 8 milyon avro qiymətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью