Braziliya klubundan Ronaldoya təklif

18.05.2025

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldoya adı açıqlanmayan Braziliya klubundan təklif gəlib.

“Qafqazinfo” bu barədə “Marca”ya istinadən xəbər verir.

Bildirilir ki, portuqaliyalı futbolçuya transfer qiymətlərini aşan şərtlər təklif edilir. 

Ronaldonun bu təklifi qəbul etməklə klublararası dünya çempionatında oynamaq imkanı da qazanacağı vurğulanır.

Qeyd edək ki, Ronaldo bu mövsüm bütün turnirlərdə 39 oyuna 33 qol vurub, 4 qol ötürməsi edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью