Braziliya klubunun avtobusunda narkotik qalmaqalı

12.08.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cənubi Amerika kubokunun 1/8 final mərhələsində Boliviyanın “Bolivar” klubu ilə qarşılaşacaq “San-Paulu”nun səfəri öncəsi gözlənilməz insident yaşanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Braziliya təmsilçisinin futbolçularını və məşqçilər heyətini daşımaq üçün ayrılmış nəqliyyat vasitəsində 86,5 kiloqram marixuana aşkar olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları avtobusu müsadirə edib və qanunsuz daşımada şübhəli bilinən 3 nəfəri həbs edib.

Buna baxmayaraq, “San-Paulu”nun nəqliyyat təminatına cavabdeh olan şirkət operativ addım ataraq komandaya dərhal yeni avtobus ayırıb. Nəticədə kollektiv təyin olunan vaxtda başqa nəqliyyat vasitəsilə yola düşüb.

“Bolivar” və “San-Paulu” arasındakı ilk görüşdə qalib müəyyənləşməyib – 1:1. Tərəflər arasında cavab qarşılaşması bir həftə sonra Braziliyada baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью