Braziliya klubunun Qarabağın futbolçusuna təklif etdiyi maaş bəlli olub

09.01.2025

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

"Qarabağ"ın futbolçusu Olavio Juninyonu transfer etmək istəyən Braziliyanın "Flamenqo" klubunun hücumçuya təklif etdiyi maaş bəlli olub.

"Report" xəbər verir ki, bu barədə "Flamengomelhor" nəşri məlumat yayıb.

A Seriyası təmsilçisinin 28 yaşlı hücumçu ilə aylıq 700000 Braziliya realı (təxminən 206000 min manat) qarşılığında şifahi razılıq əldə olunduğu bildirilib.

"Flamenqo" Azərbaycan çempionuna isə 4 milyon avro təklif edib. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью