Braziliya millisində 10 nömrəli formanın sahibi bəllidir

25.09.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Braziliya yığmasında əfsanəvi 10 nömrəli formanın yeni sahibi bəlli olub.

Fanat.Az xəbər verir ki, Neymarın milli komandadakı karyerasını başa vurmasının ardından 10 nömrəli forma “Barselona”nın hücumçusu Rafinyaya həvalə edilib.

29 yaşlı forvard bundan sonra keçiriləcək qarşılaşmalarda Braziliya millisinin heyətində 10 nömrəli forma ilə mübarizə aparacaq.

Rafinya daha əvvəl milli komandada əsasən 11 nömrəli formanı üzərində daşıyıb.

Neymar uzun illər Braziliya millisində 10 nömrəli formanın sahibi olub. Ulduz futbolçu həmin nömrə ilə dörd dünya çempionatında ardıcıl iştirak edib.

Əlisahib İbrahimli

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью