Braziliya millisində bir ilk Çilili rəhbərlik edə bilər

02.04.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Daha əvvəl xəbər verdiyimiz kimi, Braziliya milli komandası baş məşqçisi Dorival Juniorla yollarını ayırmışdı.

Braziliya millinin yeni baş məşqçisi kim olacaq?

Apasport.az “AS” nəşrinə istinadən xəbər verir ki, Manuel Pelleqrini “sambaçılar”a rəhbərlik edə bilər.

Mənbənin məlumatına görə, Braziliya Futbol Federasiyası baş məşqçinin dünya çempioatında böyük uğur qazanacağına inanır.

Tərəflər arasında razılaşma olarsa, Braziliya millisində bir ilk yaşanacaq. Belə ki, buna qədər yığmaya heç bir xarici mütəxəssis rəhbərlik etməyib.

Manuel Pelleqrini hazırda hansı kluba rəhbərlik edir?

Qeyd edək ki, 71 yaşlı çalışdırıcı hazırda İspaniyanın “Real Betis” klubunun sükanı arxasında əyləşib. Onun komanda ilə müqaviləsi 2026-cı ildə başa çatacaq. 

“Tottenhem” 18 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb "Real"ın yeni transfer hədəfi "Betis"dən "Atletiko Madrid"ə? - Antoni üçün 2-ci şans "Liverpul"da ayın oyunçusu bəlli olub "Çelsi"nin argentinalı futbolçusu İspaniya yolunda
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью