futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Braziliya millisinin heyətində dəyişiklik edilib.
Futbolpress.az xəbər verir ki, məşqdə zədə alan Vesley heyətdən çıxarılıb və əvəzinə “Atalanta”dan Ederson düşərgəyə qatılıb. Bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.
Edersonun adı “Mançester Yunayted”lə hallanır. Onun yeni mövsümdən “qırmızı şeytanlar”da oynayacağı bildirilir.
Braziliya yığması dünya çempionatında Mərakeş, Şotlandiya və Haiti ilə C qrupunda mübarizə aparacaq.