Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18.11.2026

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Futbol üzrə Braziliya millisi beynəlxalq yoldaşlıq görüşündə Sinqapur yığmasına böyük hesabla qalib gəlib.

Sinqapur Milli Stadionunda keçirilən qarşılaşma Cənubi Amerika təmsilçisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın əsas qəhrəmanı Vinisius Junior olub. O, 9, 15 və 21-ci dəqiqələrdə rəqib qapısına yol taparaq het-trikə imza atıb.

Braziliya yığmasının digər qollarını Endrik (31-ci dəqiqə), Estevao (51-ci dəqiqə) və Rayan (65-ci dəqiqə) vurublar. Sinqapur millisinin futbolçusu Raul Suhaymi isə 74-cü dəqiqədə avtoqola imza atıb.

///oxu.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью