Braziliya millisinə ciddi itki: Norveçlə oyunu buraxacaq

01.07.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Braziliya millisi DÇ-2026-nın 1/8 final mərhələsi öncəsi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi Lukas Paketa zədə səbəbindən növbəti matçı buraxacaq.

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Futbolçu 1/16 finalda Yaponiyaya qarşı keçirilən görüşdə narahatlıq hiss edib. İlk hissənin son dəqiqələrində axsamağa başlayan Paketa fasilədən sonra meydana qayıtmayıb və 46-cı dəqiqədə Endriklə əvəzlənib.

Braziliya 1/8 finalda Norveç millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi DÇ-2026 iyunun 11-də başlayıb və iyulun 19-da başa çatacaq. Mundialın son qalibi Argentina millisidir.

1/8 finalda növbəti matç - Braziliya - Norveç DÇ-2026: Norveç 1/8 finalda! - YENİLƏNİB Asim Xudiyev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA DÇ-2026: Niderland da uduzdu: Mərakeş 1/8 finalda! - YENİLƏNİB
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью