Braziliya millisini kim çalışdıracaq? 3 namizəd

29.03.2025

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Braziliya Futbol Konfederasiyası (CBF) milli komandaya əcnəbi baş məşqçi təyin etmək niyyətindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə yerli UOL nəşri məlumat yayıb.

Dorival Juniorun istefaya göndərilməsindən sonra CBF üç əsas namizədi nəzərdən keçirir. Bunlar Karlo Ançelotti ("Real", Madrid), Xosep Qvardiola ("Mançester Siti") və Jorji Jezuşdur ("Əl-Hilal").

İddiaya görə, qurumun prezidenti Ednaldo Rodriqes Ançelottinin namizədliyinə üstünlük verir.

Qeyd edək ki, Braziliya yığması son olaraq DÇ-2026-nın seçmə mərhələsində Argentinaya 1:4 hesabı ilə uduzub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью