Braziliya millisinin 40 yaşlı sabiq futbolçusu karyerasını bitirmək istəmir AZƏRTAC

05.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 5 yanvar, AZƏRTAC

Braziliya millisinin sabiq futbolçusu Vaqner Lav karyerasını bitirməyi planlamır.

AZƏRTAC xəbər verir ki, bu barədə 40 yaşlı tanınmış hücumçunun meneceri Evandro Ferreyra məlumat verib. Onun sözlərinə görə, hazırda ölkəsinin B Seriyasında çıxış edən "Avai" forması geyinən oyunçu yaşıl meydanlarla vidalaşmaq qərarında deyil.

Qeyd edək ki, Vaqner Lav karyerası ərzində indiyədək MOİK (Moskva, Rusiya), "Monako" (Fransa) və "Beşiktaş" (Türkiyə) kimi tanınmış komandaların şərəfini qoruyub. O, Braziliya millisinin heyətində 20 oyunda 4 qolla yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью