Braziliya millisinin sabiq baş məşqçisi karyerasına fasilə verib

23.04.2025

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Braziliya millisinin sabiq baş məşqçisi Tite sağlamlığında yaranan problemlərə görə karyerasına fasilə verib.

63 yaşlı mütəxəssis hələ ötən il ürək problemi ilə xəstəxanaya yerləşdirilib.

Tite 2016-2022-ci illərdə Braziliya yığmasını çalışdırıb. O, 2019-cu ildə "sambaçılar"a Amerika Kubokunu qazandırıb.

Tite son olaraq "Korintians" (Braziliya) kollektivindən təklif alsa da, səhhətində yaranan problemlərə görə danışıqlar yarımçıq qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью