Braziliya millisinin sabiq qapıçısı vəfat edib

08.04.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Braziliya millisinin sabiq qapıçısı Haylton Korrea 87 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

"Manqa" kimi tanınan qolkiper karyerası ərzində daha çox "Botafoqo" və "İnternasional" klublarındakı çıxışı ilə populyarlaşıb. O, 1965-1967-ci illərdə Braziliya millisinin heyətində 12 matça çıxıb.

Qeyd edək ki, Haylton Korrea son illərdə böyrək çatışmazlığından, ağır anemiyadan əziyyət çəkirdi və əlil arabasından yararlanırdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью