Braziliya millisinin üzərində “qara buludlar”: RAFİNYA DA SIRADAN ÇIXDI

20.06.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Braziliya millisinin futbolçusu Rafinyanın durumu ilə bağlı açıqlama verilib.

Apasport.az xəbər verir ki, Braziliya Futbol Konfederasiyası hücumçunun DÇ-2026-nın qrup mərhələsində Haiti ilə matçda zədələndiyini bildirib.

Rafinya C qrupunun II tur görüşünün 40-cı dəqiqəsində sağ budunun arxa əzələsində ağrı hiss edib. Futbolçu meydanda tibbi yardım aldıqdan sonra əvəzlənib. CBF-in açıqlamasına görə, “Barselona”nın üzvü artıq müalicəyə başlayıb və onun vəziyyəti yenidən qiymətləndiriləcək.

Qeyd edək ki, Braziliya Haiti üzərində 3:0 hesablı qələbə qazanıb. Komanda 2 turdan sonra 4 xalla C qrupunda liderdir. Karlo Ançelottinin rəhbərlik etdiyi yığma qrup mərhələsinin son oyununda iyunun 24-də Şotlandiya ilə qarşılaşacaq.

Haiti mundialla vidalaşdı - Qrupdan çıxmaq şansını itirdi DÇ-2026: Braziliya 3 xalı 3 qolla qazandı - YENİLƏNİB DÇ-2026: Mərakeş Şotlandiyanı məğlub edib - YENİLƏNİB DÇ-2026: ABŞ Avstraliyanı məğlub etdi - YENİLƏNİB DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью