Braziliya millisinin üzvü Beşiktaş ın hədəfində

07.10.2025

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Beşiktaş" qışda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi müqavilə ilə "Zenit"ə məxsus olan Robert Renandır. Bu barədə "Ajansspor" məlumat yayıb.

"Qara qartallar"ın baş məşqçisi Sergen Yalçın rəhbərlikdən icarə əsasında "Vasko da Qama"da çıxış edən braziliyalı mərkəz müdafiəçisinin transferini istəyib. "Beşiktaş" yanvar ayında 21 yaşlı futbolçu üçün "Zenit"ə təklif göndərəcək.

Qeyd edək ki, Robert Renan bu ilin avqust ayında "Vasko da Qama"ya icarəyə verilib. Braziliya millisinə dəvət almış müdafiəçi A Seriyası təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью