Braziliya millisinin üzvü karyerasını sonlandırıb

24.03.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Braziliya millisinin sabiq hücumçusu Vaqner Lav 41 yaşında karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, bu barədə futbolçu şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli forvard karyerası ərzində birgə çalışdığı hər kəsə təşəkkür edərək yaşıl meydanlarla vidalaşdığını elan edib.

Braziliya millisinin heyətində 20 oyun keçirən Lav Türkiyənin “Alanyaspor” və “Beşiktaş” komandalarında da çıxış edib.

Qeyd edək ki, futbolçu karyerası boyunca 2 dəfə Amerika Kuboku, 1 dəfə UEFA Kuboku, 4 dəfə Rusiya çempionluğu qazanıb, həmçinin 1 dəfə Braziliya A Seriyasının qalibi olub.

Niderland millisində ciddi itki Vaqner Lav karyerasını başa vurdu UEFA-dan rədd cavabı Türkiyə millisində ciddi itki FIFA Türkiyə klubunu növbəti dəfə CƏZALANDIRIB
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью