Braziliya millisinin üzvü Mançester Yunayted in hədəfində

29.11.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Mançester Yunayted" "Atalanta"nın yarımmüdafiəçisi Edersonu transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim braziliyalı futbolçunun oyununu bəyənir. Portuqaliyalı mütəxəssis rəhbərlikdən Edersonun transferini istəyib.

İtaliya klubu 26 yaşlı orta xətt oyunçusu üçün 35 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Atalanta" Edersonu 2022-ci ilin yayında "Salernitana"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью