Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Vest Hem"İn yarımmüdafiəçisi Lukas Paketa karyerasını ölkəsində davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Flamenqo" braziliyalı futbolçunun keçidini həll edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Qırmızı-qaralar" 28 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün İngiltərə klubuna 41 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Lukas Paketa "Flamenqo"nun yetirməsidir. Braziliya millisinin üzvü 2022-ci ilin yayından "Vest Hem"də çıxış edir. Təcrübəli oyunçu bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi