Braziliya millisinin üzvü “Yunayted”in hədəfində

29.03.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqası təmsilçilərindən "Vulverhempton"un hücumçusu Mateus Kunya komandasını dəyişə bilər.

Apasport.az xəbər verir ki, "Mançester Yunayted" braziliyalı futbolçunu transfer etmək istəyir.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Mənbənin məlumatına görə, "qırmızı şeytanlar" futbolçunun sərbəstqalma məbləği olan 62,5 milyon avronu ödəməyə hazırdır.

Xatırladaq ki, "Vulverhempton" Mateus Kunyanı 2023-cü ildə "Atletiko"dan transfer edib.

Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 15 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Liqa 1: "Strasburq"dan darmadağın Mourinyo "Qalatasaray" derbisi barədə: "Hər matç bizim üçün önəmlidir" Dani Alveş azadlıqda - Braziliyalı ulduz bəraət aldı "Bavariya" Keynə əvəzləyici tapıb UEFA-dan İsrail klubları barədə qərar
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью