Braziliya mundiallarda ən zəif göstəricisini yenilədi

06.07.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Braziliya futbol millisinin DÇ-2026-da uğursuz çıxışı daha bir antirekordla yadda qalıb.

İdman.Biz xəbər verir ki, Braziliya milli komandası dünya çempionatlarında topa sahibolma göstəricisi üzrə şəxsi antirekordunu yeniləyib.

“Opta Sport”un statistikasına görə, Cənubi Amerika təmsilçisi Norveçə 1:2 hesabı ilə uduzduğu 1/8 final matçında topa cəmi 34 faiz sahib olub. Braziliyanın əvvəlki ən zəif nəticəsi 1998-ci il dünya çempionatında Niderlandla oyunda qeydə alınıb - 40 faiz.

Norveç millisinin heyətində hər iki qolu Erlinq Holand vurub. Braziliyanın yeganə qoluna isə penaltidən Neymar imza atıb.

Norveç 1/4 finalda Meksika - İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью