Braziliya mütəxəssisləri sabah gəlir Araşdırma aparacaqlar YENİLƏNİB | Icma.az
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Braziliya aviasiya orqanları və Embraer nümayəndələri Aktauda qəza yerinə sabah gələcək.
Lent.az xəbər verir ki, bu barədə Qazaxıstan Nazirlər Kabinetindən məlumat verilib.
Məlumata görə, cümə günü Braziliya aviasiya orqanları və Embraer nümayəndələrinin Aktauda qəza yerinə gələcəkləri gözlənilir.
Qeyd edək ki, Braziliya Hərbi Hava Qüvvələri AZAL-a məxsus təyyarə qəzasının araşdırılmasında Qazaxıstana kömək etməyə hazır olduğunu bəyan edib və ölkənin hakimiyyət orqanları ilə əlaqə saxlayır.
Xatırladaq ki, qəzaya uğrayan təyyarəni Braziliyanın Embraer şirkəti istehsal edib.
*** 10:12 Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Agentliyi və "Azerbaijan Airlines" (AZAL) aviaşirkətinin nümayəndə heyəti Qazaxıstana gedib.
Lent.az xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Tam oxu
Xəbəri oxu