Braziliya parlamentində dava düşüb

11.12.2025

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Braziliya parlamentində dava düşüb.

525.az BBC-yə istinadən xəbər verir ki, insident bəzi millət vəkilləri 2022-ci il seçkilərindən sonra çevriliş cəhdi iddiası ilə keçmiş prezident Jair Bolsonaroya verilən 27 il 3 aylıq həbs cəzasının azaldılması təklifindən sonra yaşanıb. Təklifdə həmçinin çevriliş cəhdi zamanı hökumət binalarına basqın edən Bolsonaronun tərəfdarlarının azad edilməsi də tələb olunub.

Qanun layihəsi ilə bağlı qızğın müzakirələr yekunda parlamentdə dava düşməsi ilə nəticələnib.

Solçu millət vəkili Qlauber Braqa spiker kreslosundan qalxmaqdan imtina edib. O, bu hərəkətin çevriliş cəhdinə qarşı etiraz olduğunu söyləyib.

Yekunda polis insidentə müdaxilə etməli olub. Bəzi millət vəkilləri, eləcə də jurnalistlər parlament binasından çıxarılıblar.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью