Braziliya Prezidenti beyin əməliyyatı keçirib, reanimasiyadadır

10.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva beyin əməliyyatı keçirib.
APA xəbər verir ki, bu barədə hökümət məlumat yayıb.
Məlumata görə, Prezident Luiz İnasio Lula da Silva dünən gecə baş ağrısı səbəbindən xəstəxanaya yerləşdirilib. MRT-də oktyabrın 19-da evində keçirdiyi bədbəxt hadisə nəticəsində kəllədaxili qansızma aşkarlanıb. Prezident beyin əməliyyatı keçirib, reanimasiyadadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью