Braziliya prezidenti əməliyyat olundu

10.12.2024

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Braziliya Prezidenti Luis İnasio Lula da Silva əməliyyat olunub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Sirio-Libanes xəstəxanası məlumat yayıb.

“Kəllə sümüyünün trepanasiyası fəsadsız keçib. Hazırda prezidentin vəziyyəti yaxşıdır və intensiv terapiya palatasında müşahidə altındadır”, – məlumatda qeyd olunub.

O, baş ağrısı səbəbindən ötən gün axşam müayinə üçün xəstəxanaya yerləşdirilib. MRT müayinəsi zamanı oktyabrın 19-da baş vermiş bədbəxt hadisə nəticəsində kəllədaxili qansızma aşkarlanıb. Bundan sonra o, xəstəxananın paytaxt filialından San-Pauluya köçürülüb və hematomaya drenaj qoymaq üçün kəllə sümüyünün trepanasiyası həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью