Braziliya Prezidenti əməliyyat olunub

10.12.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Braziliya Prezidenti Luis İnasio Lula da Silva əməliyyat olunub.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Sirio-Libanes xəstəxanası məlumat yayıb.

"Kəllə sümüyünün trepanasiyası fəsadsız keçib. Hazırda prezidentin vəziyyəti yaxşıdır və intensiv terapiya palatasında müşahidə altındadır", - məlumatda qeyd olunub.

O, baş ağrısı səbəbindən ötən gün axşam müayinə üçün xəstəxanaya yerləşdirilib. MRT müayinəsi zamanı oktyabrın 19-da baş vermiş bədbəxt hadisə nəticəsində kəllədaxili qansızma aşkarlanıb. Bundan sonra o, xəstəxananın paytaxt filialından San-Pauluya köçürülüb və hematomaya drenaj qoymaq üçün kəllə sümüyünün trepanasiyası həyata keçirilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью