Braziliya Prezidenti əməliyyat olunub

10.12.2024

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Braziliya Prezidenti Luis İnasio Lula da Silva əməliyyat olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Sirio-Libanes xəstəxanası məlumat yayıb.

"Kəllə sümüyünün trepanasiyası fəsadsız keçib. Hazırda prezidentin vəziyyəti yaxşıdır və intensiv terapiya palatasında müşahidə altındadır", - məlumatda qeyd olunub.

O, baş ağrısı səbəbindən ötən gün axşam müayinə üçün xəstəxanaya yerləşdirilib. MRT müayinəsi zamanı oktyabrın 19-da baş vermiş bədbəxt hadisə nəticəsində kəllədaxili qansızma aşkarlanıb. Bundan sonra o, xəstəxananın paytaxt filialından San-Pauluya köçürülüb və hematomaya drenaj qoymaq üçün kəllə sümüyünün trepanasiyası həyata keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью