Braziliya prezidenti təcili əməliyyat olundu

10.12.2024

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Braziliya prezidenti Luis İnasio Lula da Silva təcili əməliyyat olunub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, dekabrın 9-da  Silva baş ağrısı səbəbindən xəstəxanaya gedib.

MRT müayinəsi zamanı oktyabrın 19-da baş vermiş bədbəxt hadisə nəticəsində kəllədaxili qansızma aşkarlanıb. Bundan sonra o, xəstəxananın paytaxt filialından San-Pauluya köçürülüb və hematomaya drenaj qoymaq üçün kəllə sümüyünün trepanasiyası həyata keçirilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью